...

Azərbaycan neftinin qiymətləri sentyabrın 27-də artıb

Energetika Materials 28 Sentyabr 2012 16:52 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 sentyabr /Trend, müxbir E.İsmayılov/

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti sentyabrın 27-də 114,32 dollar/barel təşkil edib. 1997-ci ildən yüngül neft hasil edən ARDNŞ-dən (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) cümə günü Trend-ə verilən məlumata görə, cümə axşamı neftin qiymətləri çərşənbə gününə nisbətən 2,32 dollar/barel artıb.

"Azeri Light" neft növü Azərbaycanın "Azəri-Çıraq-Günəşli" yataqlar blokundan çıxarılır. Neft digər növlərlə qarışdırılmadan Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə Türkiyənin Ceyhan, dəmiryolla Gürcüstanın Batumi limanlarına çatdırılır. Bununla yanaşı, "Azeri Light" Bakı-Supsa kəməri ilə Gürcüstanın Supsa limanına ixrac olunur.

ARDNŞ-dən bildiriblər ki, FOB Türkiyənin Ceyhan limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti sentyabrın 27-də 113,59 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 2,32 dollar/barel çoxdur.

Azərbaycan neftin URALS növünü Novorossiysk limanından satır. Buraya xammal Bakı-Novorossiysk boru kəməri ilə çatdırılır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti sentyabrın 27-də 109,34 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 2,34 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti sentyabrın 27-də 111,3 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 2,47 dollar/barel çoxdur.

Xəbər lenti

Xəbər lenti