Azərbaycan, Bakı, 18 dekabr /Trend, müxbir E.İsmayılov/
Bayram günlərində "Azərenerji" SC gücləndirilmiş iş rejiminə keçəcək. Bu barədə çərşənbə axşamı Trend-ə SC-dən bildirilib.
SC-dən deyildiyi kimi, bayram günlərində, istehlak həcmi artdığı zaman istehlakçıların fasiləsiz elektrik enerjisi ilə təmin edilməsi üçün hazırlıq işləri görülür.
"Вayram günlərində "Azərenerji" SC gücləndirilmiş iş rejimində işləyəcək", - SC-dən bildirilib.