...

Azərbaycanın bir sıra rayonlarının qaz təchizatında məhdudiyyətlər olacaq

Energetika Materials 10 Yanvar 2013 11:44 (UTC +04:00)
Təmir işləri ilə əlaqədar olaraq 10 yanvar 2013-cü il tarixdə saat 10:00-dan 18:00-dək “Lək” və “Zərdab” Qazpaylayıcı Stansiyalarından, saat 11:00-dan 15:00-dək isə “Cırdaxan” Qazpaylayıcı Stansiyasından təbii qaz təchizatı dayandırılacaq.
Azərbaycanın bir sıra rayonlarının qaz təchizatında məhdudiyyətlər olacaq

Azərbaycan, Bakı, 10 yanvar /Trend/

Təmir işləri ilə əlaqədar olaraq 10 yanvar 2013-cü il tarixdə saat 10:00-dan 18:00-dək "Lək" və "Zərdab" Qazpaylayıcı Stansiyalarından, saat 11:00-dan 15:00-dək isə "Cırdaxan" Qazpaylayıcı Stansiyasından təbii qaz təchizatı dayandırılacaq.

ARDNŞ-nin "Azəriqaz" İstehsal Birliyindən Trend-ə verilən məlumata görə, təmir işləri müddətində Ucar və Zərdab şəhərləri daxil olmaqla Qaravəlli, Rəstəcə, Qarabörk, Gəraybəyli və Lək kəndlərinə, həmçinin Ağcabədi, Beyləqan, Bərdə, Tərtər, Füzuli, Ağdam və Yevlax rayonlarına təbii qazın verilişində fasilələr yaranacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti