...

"Günəşli" yatağında yeni quyu qazılır

Energetika Materials 26 Fevral 2013 17:04 (UTC +04:00)
"Günəşli" yatağındakı 6-cı özüldən 45 nömrəli quyunun qazma işlərinə başlanılıb.
"Günəşli" yatağında yeni quyu qazılır

Azərbaycan, Bakı, 26 fevral /Trend/

"Günəşli" yatağındakı 6-cı özüldən 45 nömrəli quyunun qazma işlərinə başlanılıb.

Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, "28 May" NQÇİ-nin sifarişi ilə Qirməki Altı Lay Dəstəsinə qazılan quyunun layihə dərinliyi 3700 metrdir.

Geoloqların hesablamalarına əsasən, quyudan sutkada 15 ton kondensat, 150 min kubmetr qaz hasil olunacağı nəzərdə tutulur.

Qeyd edək ki, qazma işləri "Neft Daşları" Qazma İşləri İdarəsi tərəfindən həyata keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti