Azərbaycan, Bakı, 29 mart /Trend/
ARDNŞ-nin "Azərneftyağ" Neft Emalı Zavodunun 4-cü sexinin 401 saylı bitum istehsalı qurğusunda təmir işlərinin aparılması nəzərdə tutulur.
Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, təmir işləri zamanı qurğudakı mövcud maye yanacaqla işləyən odluqlar (forsunkalar) yeni - təbii qazla işləyən odluqlarla əvəz olunacaq, havaya atılan zərərli qazların həcmi minimuma endiriləcək.
Ekoloji durumun daha da yaxşılaşdırılması məqsədi ilə həyata keçiriləcək təmir işlərinin aprelin sonuna kimi başa çatdırılması planlaşdırılır.
Qeyd edək ki, ölkənin bituma olan tələbatını tam ödəmək gücündə olan 401 saylı qurğuda ötən ilin noyabr ayında əsaslı təmir işləri aparılmışdı.