...

Prezident İlham Əliyev: Azərbaycan bəzi neft hasil edən ölkələrin üzləşdiyi çətinliklərdən yan keçə bildi

Energetika Materials 7 May 2013 13:29 (UTC +04:00)
Azərbaycan hökuməti enerji sektorundan əldə edilən gəlirləri müdrikcəsinə bölüşdürə və bəzi neft hasil edən ölkələrin üzləşdiyi bir sıra çətinliklərdən yan keçə bildi. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı Azərbaycan Prezidenti İlham Əliyev Bakıda keçirilən Birinci Cənubi Qafqaz Forumunda çıxış edərkən bildirib.
Prezident İlham Əliyev: Azərbaycan bəzi neft hasil edən ölkələrin üzləşdiyi çətinliklərdən yan keçə bildi

Azərbaycan, Bakı, 7 may / Trend, müxbir S. Əliyev/

Azərbaycan hökuməti enerji sektorundan əldə edilən gəlirləri müdrikcəsinə bölüşdürə və bəzi neft hasil edən ölkələrin üzləşdiyi bir sıra çətinliklərdən yan keçə bildi. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı Azərbaycan Prezidenti İlham Əliyev Bakıda keçirilən Birinci Cənubi Qafqaz Forumunda çıxış edərkən bildirib.

"Bununla da aktivlərin idarə edilməsinin vacib mexanizmi yaradıldı ki, bu da dünyanın müstəqil fondları arasında ən şəffaflarından biri hesab edilən Azərbaycan Respublikası Dövlət Neft Fondudur".

Dövlət başçısı bildirib ki, Azərbaycan zənginlərin daha varlı, yoxsulların isə daha yoxsul olduğu vəziyyətdən yan keçə bildi.

"Hökumətin əsas məqsədi yoxsulluq və işsizliyin səviyyəsinin azaldılması olub. Sərvətin ədalətli bölüşdürülməsi, infrastruktura, insan kapitalına və ilk növbədə, təhsilə investisiyaların yatırılması hökumətin hədəfləri olaraq qalır, çünki təhsil uğurun əsasıdır", - İlham Əliyev qeyd edib.

Prezident bildirib ki, müvəffəqiyyət qazanmış ölkələrin tarixi və təcrübəsi göstərir ki, uğurlu inkişaf təbii resurslar hesabına deyil, intellektual potensial sayəsində baş verib. İlham Əliyev qeyd edib ki, qarşıdakı illər ərzində intellektual potensial Azərbaycanın iqtisadi və siyasi inkişafı məsələlərinin həllində daha əhəmiyyətli rol oynayacaq.

Azərbaycan Prezidenti bildirib ki, dünyada ölkənin rolu insanların intellektual potensialından asılı olacaq.

"Buna görə də insan kapitalına böyük həcmdə investisiyalar yatırırıq və 10 il əvvəl bəyan etmişdik ki, "qara qızıl"ı insan kapitalına çevirməliyik. İqtisadiyyatın şaxələndirilməsi, sosial və infrastruktur layihələrin həyata keçirilməsi, Azərbaycanda gördüyümüz digər dəyişikliklər ölkənin totilatar cəmiyyətdən demokratik cəmiyyətə, planlı iqtisadiyyatdan bazar iqtisadiyyatına keçmək təcrübəsinin olduğunu təsdiq edir. Radikal islahatlar sıravi insanlar üçün adətən bəzi problemlərlə müşahidə olunmasına baxmayaraq, biz keçid zamanı sadə insanlara çətinliklər yaratmayırıq".

İlham Əliyevin sözlərinə görə, bununla da çox səmərəli sosial siyasət həyata keçirilir və hazırda Azərbaycan tam müstəqil olan və güclü maliyyə potensialına malik ölkədir.

"Belə siyasət sayəsində, Azərbaycan dünya böhranının fəsadlarından çox da zərər görmədi".

Dövlət başçısı hesab edir ki, nəqliyyat marşrutlarının şaxələndiriilməsi, müasir infrastruktur və təbii ki, neft sahəsi gələcəkdə, şübhəsiz ki, öz rolunu oynayacaq və ölkənin bundan sonrakı inkişafına kömək edəcək.

"Və hazırda deyə bilərəm ki, Azərbaycanın enerji resursları regional əməkdaşlıqda daha da vacib rol oynayacaq, çünki Azərbaycan dünayada neft hasilatı üzrə, həmçinin Xəzər dənizinə xarici şirkətləri və investisiyaları cəlb edən ilk ölkə olub. Bununla da Xəzər beynəlxalq neft əməliyyatları üçün faktiki olaraq açıq oldu. Azərbaycan tərəfdaşları ilə birlikdə ilk sualtı kəmərləri inşa edib".

Dövlət başçısının sözlərinə görə, Gürcüstan və Türkiyə ərazisindən keçən neft və qaz boru kəmərləri faktiki olaraq regionun enerji xəritəsini tam dəyişdirib.

"Hazırda biz dostlarımız və tərəfdaşlarımızla, o cümlədən Avropa institutları və qonşularımızla birlikdə enerji təhlükəsizliyi məsələləri üzərində fəal işləyirik. Biz 100 ildən artıq bir müddəti əhatə edə biləcək iri enerji potensialımızı həyata keçirmək imkanı əldə etmək məsələsi üzərində işləyirik".

Prezidentin sözlərinə görə, bu yaxınlarda həyata keçirilməyə başlanılan Transanadolu qaz kəməri layihəsi enerji sektorunda əsl islahatdır. Azərbaycan Prezidenti hesab edir ki, layihənin həyata keçirilməsi böyük həcmdə qaz ixracına yardım edəcək ki, bu da istehlakçılara şaxələndirilmiş tədarük mənbələrinə malik olmağa imkan yaradacaq.

"Beləliklə də, şaxələndirmə istehsalçılar və istehlakçılar üçün uğurun ilkin şərtlərindən biridir. Biz, həmçinin əməkdaşlığın çox məhsuldar formatını qurmuşuq. Bu formatda istehsalçılar, tranzit ölkələri və istehlakçıların maraqlarını tarazlaşdırmağa çalışırıq. Lazımsız rəqabətdən yan keçməyə çalışırıq. Enerji siyasətimiz əməkdaşlıq və qarşılıqlı mənfəət prinsiplərinə əsaslanıb. Güman edirəm ki, son onilliyin tarixi bu yanaşmanın çox səmərəli olduğunu aydın şəkildə nümayiş etdirir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti