...

Azərbaycan neftinin qiymətləri: 24-28 iyun həftəsinin yekunları

Energetika Materials 1 İyul 2013 11:56 (UTC +04:00)
Ötən həftə, 24-28 iyun tarixində Azərbaycanın İtaliyanın Augusta limanından CIF şərtləri ilə Supsa, Batumi (Gürcüstan) və Ceyhan (Türkiyə) limanları vasitəsilə satdığı AZERI LT (CIF) növlü neftin orta qiyməti 104,24 dollar/barel təşkil edib ki, bu da əvvəlki həftənin göstəricisindən 2,21 dollar azdır.
Azərbaycan neftinin qiymətləri: 24-28 iyun həftəsinin yekunları

Azərbaycan, Bakı, 1 iyul /Trend, müxbir E. İsmayılov/

Ötən həftə, 24-28 iyun tarixində Azərbaycanın İtaliyanın Augusta limanından CIF şərtləri ilə Supsa, Batumi (Gürcüstan) və Ceyhan (Türkiyə) limanları vasitəsilə satdığı AZERI LT (CIF) növlü neftin orta qiyməti 104,24 dollar/barel təşkil edib ki, bu da əvvəlki həftənin göstəricisindən 2,21 dollar azdır.

Trend-in məlumatına görə, 24-28 iyun həftəsində AZERI LT-nin qiyməti maksimum 105,73, minimum isə 102,43 dollar/barel təşkil edib.

"Azeri Light"ın API üzrə qatılığı 34,6 dərəcə, kükürdün miqdarı isə 0,14 faizdir.

24-28 iyun həftəsində Azərbaycanın Novorossiysk limanından satdığı URALS (EX-NOVO) növlü neftin orta qiyməti 100,57 dollar/barel təşkil edib ki, bu da əvvəlki həftənin göstəricisindən təqribən 2,46 dollar azdır.

24-28 iyun həftəsində URALS-ın qiyməti maksimum 102 minimum isə 98,79 dollar/barel olub.

URALS-ın API üzrə qatılığı 32 dərəcə təşkil edir, kükürdün miqdarı isə 1,3 faizdir. Lakin satış zamanı müxtəlif vaxtlarda, tərkibində daha çox keyfiyyətli (və ya daha az) neftlərin dominantlığından asılı olaraq, bu neftin spesifik xüsusiyyətləri dəyişir.

24-28 iyun həftəsində "Brent Dated" növünün orta qiyməti 101,5 dollar/barel təşkil edib ki, bu, əvvəlki həftənin göstəricisindən 2,37 dollar azdır.

Ötən həftə "Brent Dated"in maksimum qiyməti 102,94, minimum isə 99,74 dollar/barel təşkil edib.

"Brent Dated"in API üzrə qatılığı 38,3 dərəcə, kükürdün miqdarı isə 0,36 faizdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti