...

Azərbaycanda alternativ enerjidən geniş istifadə olunması məqsədilə tədqiqatlar aparılır

Energetika Materials 20 Avqust 2013 13:43 (UTC +04:00)
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Coğrafiya İnstitutu ölkədə Günəş və külək enerjisindən geniş istifadə olunması məqsədilə tədqiqatlar aparır.
Azərbaycanda alternativ enerjidən geniş istifadə olunması məqsədilə tədqiqatlar aparılır

Azərbaycan, Bakı, 20 avqust /Trend, müxbir H. Vəliyev/

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitutu ölkədə Günəş və külək enerjisindən geniş istifadə olunması məqsədilə tədqiqatlar aparır. Bu barədə AMEA-nın çərşənbə axşamı yaydığı məlumatda bildirilir.

Alimlərimiz Günəş batareyaları və külək pərlərinin yerləşdirilə biləcəyi ərazilərin təsnifatını verməyə çalışırlar. Tədqiqatlar YUNESKO-dan qrant dəstəyi almış "Azərbaycan ərazisində Günəş və külək enerjisinin paylanmasının CİS (coğrafi informasiya sistemi) mühitində kəmiyyətcə dəyərləndirilməsi" layihəsi çərçivəsində həyata keçirilir. Layihənin rəhbəri Coğrafiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Ramiz Məmmədov, icraçıları fizika-riyaziyyat elmləri doktoru Rauf Qardaşov və coğrafiya elmləri üzrə fəlsəfə doktoru Zahidə Tatlıyevadır.

Layihə çərçivəsində Azərbaycan ərazisində atmosferin müxtəlif optik şəraitlərində Günəşdən gələn radiasiyaların hesablanması üçün riyazi model işlənib, qiymətləndirmə işləri başa çatdırılıb. Relyefin yaratdığı kölgələnmənin Günəş radiasiyasının miqdarına təsirini hesablayan riyazi model işlənib və dağ vadilərində seçilmiş məntəqədə sınaqdan keçirilib.

Bundan əlavə, Günəş və külək enerjisinin CİS əsasında xəritələri tərtib edilir, küləklər haqqında məlumatların statistik təhlili aparılır.

Tədqiqatlar 2014-cü ilin sonunadək davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti