...

ARDNŞ prezidenti: "Bulla-Dəniz" yatağında qəzanın aradan qaldırılması prosesi yekunlaşmaq üzrədir

Energetika Materials 21 Oktyabr 2013 19:12 (UTC +04:00)
"Bulla-Dəniz" yatağındakı quyuda baş vermiş qəzanın aradan qaldırılması prosesi başa çatmaq mərhələsindədir. Trend-in məlumatına görə, bunu bazar ertəsi jurnalistlərə ARDNŞ prezidenti Rövnəq Abdullayev bildirib.
ARDNŞ prezidenti: "Bulla-Dəniz" yatağında qəzanın aradan qaldırılması prosesi yekunlaşmaq üzrədir

Azərbaycan, Bakı, 21 oktyabr /Trend, müxbir E.İsmayılov/

"Bulla-Dəniz" yatağındakı quyuda baş vermiş qəzanın aradan qaldırılması prosesi başa çatmaq mərhələsindədir. Trend-in məlumatına görə, bunu bazar ertəsi jurnalistlərə ARDNŞ prezidenti Rövnəq Abdullayev bildirib.

Onun sözlərinə görə, quyunun qoşulmasına hazırlıq prosesi çərçivəsində bütün işlər artıq görülüb: "Xüsusilə, hava şəraiti yaxşılaşan zaman quyuda önləyici avadanlıq quraşdırmaq planlaşdırılır ki, bu da quyunu şəbəkəyə qoşmağa imkan verəcək".

R.Abdullayev qeyd edib ki, quyuda qəzanın aradan qaldırılması prosesi başa çatmaq mərhələsindədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti