Azərbaycan, Bakı, 20 noyabr /Trend/
Azərbaycanın bir neçə rayonunun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.
"Azəriqaz" İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, təmir işləri ilə əlaqədar 20 noyabr 2013-cü il tarixində saat 10:00-dan 16:00-dək Xəzər rayonunun bir hissəsinə, saat 10:00-dan 17:00-dək Kürdəmir rayonunun bir hissəsinə, saat 10:00-dan 18:00-dək isə Yevlax rayonunun bir hissəsinə təbii qaz verilişində fasilələr yaranacaq.