...

Azərbaycan neftinin qiymətləri: 25-29 noyabr həftəsinin yekunları

Energetika Materials 30 Noyabr 2013 14:29 (UTC +04:00)
Ötən həftə - 25-29 noyabr tarixlərində Azərbaycanın İtaliyanın Augusta limanından CIF şərtləri ilə Supsa, Batumi (Gürcüstan) və Ceyhan (Türkiyə) limanları vasitəsilə satdığı AZERI LT (CIF) növlü neftin orta qiyməti 113,59 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən təqribən 1,19 dollar/barel çoxdur.
Azərbaycan neftinin qiymətləri: 25-29 noyabr həftəsinin yekunları

Azərbaycan, Bakı, 30 noyabr /Trend, müxbir E.Əliyev/

Ötən həftə - 25-29 noyabr tarixlərində Azərbaycanın İtaliyanın Augusta limanından CIF şərtləri ilə Supsa, Batumi (Gürcüstan) və Ceyhan (Türkiyə) limanları vasitəsilə satdığı AZERI LT (CIF) növlü neftin orta qiyməti 113,59 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən təqribən 1,19 dollar/barel çoxdur.

Trend-in məlumatına görə, 25-29 noyabr həftəsində AZERI LT-nin qiyməti maksimum 114,57, minimum isə 112,77 dollar/barel təşkil edib.

"Azeri Light"ın API üzrə qatılığı 34,6 dərəcə, kükürdün miqdarı isə 0,14 faizdir.

25-29 noyabr həftəsində Azərbaycanın Novorossiysk limanından satdığı URALS (EX-NOVO) növlü neftin orta qiyməti 109,52 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,86 dollar/barel azdır.

25-29 noyabr həftəsində URALS-ın qiyməti maksimum 109,99, minimum isə 109,34 dollar/barel olub.

URALS-ın API üzrə qatılığı 32 dərəcə təşkil edir, kükürdün miqdarı isə 1,3 faizdir. Lakin satış zamanı müxtəlif vaxtlarda, tərkibində daha çox keyfiyyətli (və ya daha az) neftlərin dominantlığından asılı olaraq, bu neftin spesifik xüsusiyyətləri dəyişir.

25-29 noyabr həftəsində "Brent Dated" növünün orta qiyməti 111,33 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 2,02 dollar/barel çoxdur.

Ötən həftə "Brent Dated"in maksimum qiyməti 112,11, minimum isə 110,87 dollar/barel təşkil edib.

"Brent Dated"in API üzrə qatılığı 38,3 dərəcə, kükürdün miqdarı isə 0,36 faizdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti