...

Türkiyə neft-qaz bazarında əməliyyatların lisenziyalaşdırılması üzrə yeni tarifləri açıqlayıb

Energetika Materials 10 Yanvar 2014 09:13 (UTC +04:00)
Türkiyə Enerji Bazarının Tənzimlənməsi Qurumu (EPDK) ölkədə neft məhsulları və qazın satışı və paylanılması üzrə lisenziyaların verilməsinə görə yeni tarifləri açıqlayıb.
Türkiyə neft-qaz bazarında əməliyyatların lisenziyalaşdırılması üzrə yeni tarifləri açıqlayıb

Azərbaycan, Bakı, 9 yanvar /Trend, müxbir R.Hafizoğlu/

Türkiyə Enerji Bazarının Tənzimlənməsi Qurumu (EPDK) ölkədə neft məhsulları və qazın satışı və paylanılması üzrə lisenziyaların verilməsinə görə yeni tarifləri açıqlayıb.

Trend-in EPDK-nın saytına istinadən verdiyi məlumata əsasən, lisenziyaların fəaliyyət müddətinin uzadılmasına görə də yeni tariflər açıqlanıb.

Yeni tariflərə əsasən, qazın bir il müddətinə idxalına görə icazənin qiyməti 123,26 min türk lirəsi, qazın paylanılması və satışına görə isə 925 min türk lirəsi təşkil edir.

Maye qazın idxalına görə lisenziyanın dəyəri 44,9 min türk lirəsidir.

Maye qazın saxlanılmasına görə icazənin alınmasına görə ödənişin qiyməti 246,5 min türk lirəsi, onun topdan satışı isə 61, 63 min lirə həcmində müəyyən edilib.

Yeni tariflərə əsasən, lisenziyanın fəalliyyət müddətinin uzadılması 2,5 min türk lirəsi hesabına başa gələcək.

Dekabrın 9-na olan rəsmi məzənnə 2,1757 TRY/USD təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti