...

ARDNŞ dövlət büdcəsinə ödənişləri artırıb

Energetika Materials 10 Fevral 2014 15:53 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 fevral /Trend/

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti 2014-cü ilin yanvar ayında dövlət büdcəsinə 173 milyon 578 min manat vəsait ödəyib.

Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, bu göstərici ötən ilin yanvar ayına nisbətən 39 milyon 347 min manat və ya 129,3 faiz çox olub.

Bundan əlavə, cari ilin yanvar ayında ARDNŞ Dövlət Sosial Müdafiə Fonduna 13 milyon 497 min manat vəsait köçürüb ki, bu da 2013-cü ilin yanvar ayına nisbətən 730 min manat və ya 105,7 faiz çox olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti