...

BP: Xəzərdəki platformalarda heç bir yanğın yoxdur

Energetika Materials 12 Fevral 2014 22:15 (UTC +04:00)
BP şirkətinin Xəzərdəki hasilat platformasında heç bir yanğın hadisəsi yoxdur.
BP: Xəzərdəki platformalarda heç bir yanğın yoxdur

Azərbaycan, Bakı, 12 fevral /Trend /

BP şirkətinin Xəzərdəki hasilat platformasında heç bir yanğın hadisəsi yoxdur.

Trend Azəri-Çıraq-Günəşli layihəsinin operatoru olan BP şirkətinin mətbuat xidmətinə istinadən bu barədə məlumat verir.

Platformaların hamısı normal rejimdə işləyir, planlı neft və qaz hasilatı davam edilir.

Bundan öncə bəzi KİV-lər tərəfindən BP şirkətinin platformalarından birində yanğın barədə məlumat yayılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti