...

Taner Yıldız: TANAP Ukraynadakı böhran səbəbindən regionda vacib layihəyə çevrilə bilər

Energetika Materials 18 Mart 2014 18:10 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 mart /Trend, müxbir R.Hafizoğlu/

Ukraynadakı böhranla əlaqədar olaraq, Rusiya qazının Türkiyəyə idxalının dayandırılacağı təqdirdə Trans-Anadolu boru kəməri (TANAP) regionda alternativ və vacib layihəyə çevrilə bilər. Trend-in "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, bunu Türkiyənin energetika və təbii ehtiyatlar naziri Taner Yıldız deyib.

Nazirin sözlərinə görə, Ukraynadakı siyasi böhran TANAP-ın əhəmiyyətini artırır.

T.Yıldız vurğulayıb ki, Türkiyə və Azərbaycan hazırda bu layihənin reallaşdırılması üzərində çalışırlar.

Qeyd edək ki, TANAP layihəsi "Şahdəniz" yatağından qazın Türkiyə ərazisi ilə Avropa sərhədlərinədək nəqlini nəzərdə tutur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti