...

Azərbaycanda havaya atılan səmt qazının azaldılması üzrə görüləcək işlər müzakirə edilib

Energetika Materials 15 Sentyabr 2014 19:49 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 sentyabr /Trend/

ARDNŞ-nin ekologiya üzrə vitse-prezidenti Rəfiqə Hüseynzadə Dünya Bankının rəhbərlik etdiyi Səmt Qazının Yandırılmasının Qlobal Səviyyədə Azaldılması üzrə Tərəfdaşlığın (GGFR) Rəhbər Komitəsinin nümayəndələrini qəbul edib.

Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, görüşdə GGFR-SOCAR əməkdaşlığı, GGFR-in 4-cü fazası üzrə iş proqramı və Tərəfdaşlığın qlobal fəaliyyəti, havaya atılan səmt qazının azaldılması istiqamətində görüləcək işlər müzakirə edilib.

Görüş zamanı GGFR-in bu istiqamətdə fəaliyyətinə dair təqdimat keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti