...

ТАР boru kəmərinin yerüstü sahəsinin tikintisinə podratçılar cəlb edir

Energetika Materials 15 Oktyabr 2014 20:31 (UTC +04:00)
Trans-Anadolu boru kəməri (TAP) layihəsi üzrə konsorsium boru kəmərinin Albaniya və Yunanıstan ərazisindən keçən yerüstü sahəsinin tikintisi ilə bağlı ilk böyük tender elan edib.
ТАР boru kəmərinin yerüstü sahəsinin tikintisinə podratçılar cəlb edir

Azərbaycan, Bakı, 15 oktyabr /Trend, müxbir Azad Həsənli/

Trans-Anadolu boru kəməri (TAP) layihəsi üzrə konsorsium boru kəmərinin Albaniya və Yunanıstan ərazisindən keçən yerüstü sahəsinin tikintisi ilə bağlı ilk böyük tender elan edib. Trend-in TAP-a istinadən verdiyi məlumata görə, təkliflərdən asılı olaraq müqavilə bir neçə müqavilələrə bölünə bilər.

Bu ilin mayında boru kəmərinin yerüstü sahəsinin tikintisi üzrə kvalifikasiya öncəsi tender elan edilib.

Əsas tenderin mövzusu Yunanıstan və Albaniya ərazisində diametri 1,2 metr olan təqribən 760 kilometr boru kəmərinin layihələndirilməsi, tədarükü və tikintisidir.

Boru kəmərlərinin tikintisi sahəsində ixtisaslaşmış beynəlxalq şirkətlər tenderdə iştirak üçün dəvət alıblar. Onların arasında TAP iştirakçısı olan ölkələrin şirkətləri də var.

Podratçılarla müqaviləni 2015-ci ilin III rübündə imzalamaq planlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti