...

ARDNŞ Ceyhandan neft ixracını cüzi artırıb

Energetika Materials 1 Dekabr 2014 20:26 (UTC +04:00)

Azərbaycan, Bakı, 1 dekabr /Trend, müxbir Emil İsmayılov/

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi 2014-cü ilin yanvar-noyabr aylarında Türkiyənin Ceyhan limanından 18,29 milyon ton neft ixrac edib. 2013-cü ilin eyni dövründə bu rəqəm 18,28 milyon ton olub.

Trend-in ARDNŞ-yə istinadən verdiyi məlumata görə, Dövlət Neft Şirkəti noyabrda Ceyhandan 1,01 milyon ton neft ixrac edib. 2013-cü ilin müvafiq dövründə isə bu rəqəm 1,83 milyon tona bərabər olub.

ARDNŞ ötən il ümumilikdə Ceyhan limanından 19,75 milyon ton neft ixrac edib. 2012-ci ildə isə ixracatın həcmi 20,2 milyon ton idi.

Qeyd edək ki, neft Ceyhan limanına Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri ilə tədarük edilir. BTC-nin ümumi uzunluğu 1768 kilometrdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti