...

ARDNŞ Azərbaycan-Polşa birgə müəssisəsinin kapitalına investisiyaları artıracaq (FOTO)

Energetika Materials 15 Dekabr 2014 13:44 (UTC +04:00)
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti 2014-cü ildə Polşaya 750 min tondan çox xam neft tədarük edib.
ARDNŞ Azərbaycan-Polşa birgə müəssisəsinin kapitalına investisiyaları artıracaq (FOTO)

Azərbaycan, Bakı, 15 dekabr /Trend, müxbir Maksim Tsurkov/

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti 2014-cü ildə Polşaya 750 min tondan çox xam neft tədarük edib. Trend-in məlumatına görə, bunu Azərbaycanın energetika naziri Natiq Əliyev bazar ertəsi Bakıda keçirilən Azərbaycan-Polşa biznes forumunda deyib.

Onun sözlərinə görə, Azərbaycan və Polşa şirkətləri enerji, neft-qaz, sənaye, kənd təsərrüfatı, nəqliyyat və digər sahələrdə uğurla əməkdaşlıq edirlər: "Sarmatiya" layihəsində səhmlərin 27,24 faizinə sahib olan ARDNŞ birgə müəssisənin fəaliyyətini dəstəkləmək üçün 2015-2016-cı illərdə müəssisənin kapitalına əlavə vəsait yatırmağa hazır olduğunu bildirib".

N.Əliyev qeyd edib ki, ARDNŞ 2012-ci ildə Polşaya 485 min ton, 2013-cü ildə 523 min ton, 2014-cü ildə isə 750 min tondan çox xam neft tədarük edib.

Nazir əlavə edib ki, Azərbaycanda Polşa şirkətlərinin işləməsi üçün qida sənayesi, neft məhsullarının emalı, o cümlədən dəmir yolları, elektrik avadanlıqlarının tədarükü və s. sahələr perspektivlidir: "Polşa şirkətləri, həmçinin Azərbaycanda sənaye və texnoloji parkların ərazisində fəaliyyətlərini təşkil edə bilərlər".

Qeyd edək ki, "Sarmatia"nın iştirakçıları ARDNŞ, Gürcüstanın "Georgian Oil and Gas Corporation Ltd." (GOGC), Ukraynanın "Ukrtransnaft", Polşanın "Przedsiebiorstwo Eksploatacji Rurociagow Naftowych Przyjazn S.A." və Litvanın AB Klaipedos Nafta" şirkətləridir. Əsas iştirakçıların hər birinin layihədə payı 24,75 faiz, Litva şirkətinin payı isə bir faiz təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti