...

Azərbaycan Rusiyaya qaz ixracını xeyli azaldıb

Energetika Materials 18 Yanvar 2015 16:15 (UTC +04:00)
Rusiyaya qaz ixracı həcmlərinin azalmasının obyektiv səbəbləri var.
Azərbaycan Rusiyaya qaz ixracını xeyli azaldıb

Azərbaycan, Bakı, 18 yanvar /Trend, müxbir Emil İsmayılov/

ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) 2014-cü ildə Rusiyaya 200 milyon kubmetrdən çox qaz ixrac edib. Bu rəqəm 2013-cü ildə 1,37 milyard kubmetr olub. Bu barədə Trend-ə ARDNŞ-dəki mənbə bildirib.

Mənbənin sözlərinə görə, Rusiyaya qaz ixracı həcmlərinin azalmasının obyektiv səbəbləri var. Bu, yeni yol-nəqliyyat infrastrukturunun yaradılması, eləcə də qaz kəmərinin özündə təmir işlərinin aparılması ilə bağlıdır.

O, qeyd edib ki, ümumilikdə, ötən il Rusiyaya 207 milyon kubmetr qaz nəql edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti