...

Amerikalı konqresmen: Azərbaycan regionun geosiyasi sabitliyinin açarıdır

Energetika Materials 29 Yanvar 2015 13:21 (UTC +04:00)
Cənub Qaz Dəhlizi Avropada və onun hüdudlarından kənarda ABŞ-ın müttəfiqi olan dövlətlərin regional enerji təhlükəsizliyinə yardım edəcək.
Amerikalı konqresmen: Azərbaycan regionun geosiyasi sabitliyinin açarıdır

Azərbaycan, Bakı, 29 yanvar /Trend, müxbir Emil İsmayılov/

Cənub Qaz Dəhlizi Avropada və onun hüdudlarından kənarda ABŞ-ın müttəfiqi olan dövlətlərin regional enerji təhlükəsizliyinə yardım edəcək. Trend xəbər verir ki, bu barədə "Vaşinqton Tayms" qəzetində ABŞ Konresinin üzvü Maykl Terner yazır.

Məqalədə deyilir: "Cənub Qaz Dəhlizi Avropada və Avrasiyadakı müttəfiqlərimizin regional enerji təhlükəsizliyinə yardım edəcək, eləcə də strateji tərəfdaşlarımızın möhkəmlənməsinə kömək edəcək. Bizimlə müttəfiq olan ölkələrin bir çoxu bir ölkədən və ya qeyri-sabit regionlardan qaz tədarükündən asılıdır. Müttəfiqlərimizin alternativ və etibarlı mənbələrdən enerji resursları idxalının əlçatanlığının təmin olunması regionda geosiyasi sabitliyi yüksəltməyə yardım edir".

Müəllifin sözlərinə görə, Azərbaycan Amerikanın strateji müttəfiqləri tərəfindən həyata keçirilən terrorla mübarizədə və enerji təhlükəsizliyinin möhkəmləndirilməsi üzrə təşəbbüslərlə bağlı Birləşmiş Ştatların mühüm tərəfdaşı qalmaqda davam edir.

Terner qeyd edib ki, Azərbaycan özünün nəhəng neft və qaz ehtiyatları ilə ABŞ-ın NATO üzrə strateji tərəfdaşları və digər Avropa ölkələri üçün enerji resurslarının idxalının şaxələndirilməsinin təmin olunmasında kömək göstərməkdə vacib rol oynayır.

Məqalədə deyilir ki, Cənub Qaz Dəhlizi Avropaya karbohidrogenlərin idxalı mənbələrini şaxələndirməyə və enerji təhlükəsizliyini yüksəltməyə, Azərbaycana isə Avropanın şəxsində yeni bazar əldə etməyə imkan verəcək. Cənub Qaz Dəhlizinin açılması üçün məhz Azərbaycan qazı nəzərdə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti