...

Azərbaycan nefti cüzi ucuzlaşdı

Energetika Materials 3 Aprel 2015 17:09 (UTC +04:00)
CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti aprelin 2-də 57,91 dollar/barel təşkil edib.
Azərbaycan nefti cüzi ucuzlaşdı

Azərbaycan, Bakı, 3 aprel /Trend, müxbir Maksim Tsurkov/

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti aprelin 2-də 57,91 dollar/barel təşkil edib.

ARDNŞ-dən (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) cümə günü Trend-ə verilən məlumata görə, cümə axşamı neftin qiyməti çərşənbə gününə nisbətən nisbətən 0,56 dollar/barel azalıb.

"Azeri Light" neft növü Azərbaycanın "Azəri-Çıraq-Günəşli" yataqlar blokundan çıxarılır. Neft digər növlərlə qarışdırılmadan Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə Türkiyənin Ceyhan, dəmiryolla Gürcüstanın Batumi limanlarına çatdırılır. Bununla yanaşı, "Azeri Light" Bakı-Supsa kəməri ilə Gürcüstanın Supsa limanına ixrac olunur.

ARDNŞ-dən bildiriblər ki, Türkiyənin Ceyhan limanı şərtləri ilə FOB bazisi üzrə Azərbaycanın yüngül neftinin qiyməti aprelin 2-də 55,98 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,45 dollar/barel azdır.

Azərbaycan neftin URALS növünü Novorossiysk limanından satır. Buraya xammal Bakı-Novorossiysk boru kəməri ilə çatdırılır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti aprelin 2-də 52,64 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,15 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti aprelin 2-də 54,18 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 1,39 dollar/barel azdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti