...

Ekspert: İranın neft tədarüklərini artırmaq imkanları qeyri-müəyyəndir

Energetika Materials 6 Aprel 2015 20:29 (UTC +04:00)
Almaniya, İspaniya və Yunanıstan iyunun 30-da planlaşdırlıan müqavilənin imzalanmasından sonra İran neftini almağa başlayacaqlar.
Ekspert: İranın neft tədarüklərini artırmaq imkanları qeyri-müəyyəndir

Azərbaycan, Bakı, 6 aprel /Trend, müxbir Xalid Kazımov/

İranın neft tədarüklərini artırmaq imkanları hələ ki qeyri-müəyyəndir. Almaniya, İspaniya və Yunanıstan iyunun 30-da planlaşdırlıan müqavilənin imzalanmasından sonra İran neftini almağa başlayacaqlar. Bunu Trend-ə Böyük Britaniyanın "Betamatrix International Consultancy" şirkətinin konsultantı Mehrdad Emadi deyib.

Onun sözlərinə görə, Almaniya hələ ki neft idxalını artırmaq barədə qərar qəbul etməyib, İspaniya və Yunanıstan isə İran neftinin çoxdankı alıcılarıdır.

Ekspert qeyd edib ki, İran endirimlər təqdim etməklə neft ixracını artıra bilər: "Çox güman ki, İran neftinin daimi alıcıları yavaş-yavaş İranın neft bazarına qayıdacaqlar. Belə ki, onların Qətər, Səudiyyə Ərəbistanı və Küveytlə ticarət əlaqələri qurulub".

M.Emadi xatırladıb ki, İran öz neftini, əsasən, Asiya bazarlarına ixrac edir, Çin satışların yarısına alır: "İran neftinin digər alıcıları Hindistan, Yaponiya və Cənubi Koreyadır".

Qeyd edək ki, "altılıq" və İran aprelin 2-də razılığa gəliblər ki, İran yaxın 10 ildə uranın zənginləşdirilməsi üzrə müəssisələrin 2/3-ni dayandıracaq. İran, həmçinin uranın zənginləşdirilməsi proqramlarını 25 il ərzində beynəlxalq nəzarətə vermək öhdəliyi götürüb.

Tərəflər nüvə sazişinin hazırlanmasını iyunun 30-dək başa çatdırmağı planlaşdırırlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti