Azərbaycan, Bakı, 14 may /Trend, müxbir Maksim Tusrkov/
2015-ci ilin birinci rübündə "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokundan SOCAR-a əsasən Səngəçal terminalı, həmçinin "Neft Daşları" vasitəsilə gündə orta hesabla 13,6 milyon kubmetr, ümumilkdə isə 1,2 milyard kubmetr (ötən ilin analoji dövründə 0,6 milyard) səmt qazı verilib.
Trend-in məlumatına görə, bu barədə BP-nin 2015-ci ilin birincü rübündə ölkədə fəaliyyətinin yekunları üzrə hesabatda deyilir.
Hasil edilən səmt qazının qalan hissəsi təzyiqi saxlamaq məqsədilə yenidən kollektora vurulub.