...

Sabah 2 rayonun 8 kəndində qaz olmayacaq

Energetika Materials 26 May 2015 18:33 (UTC +04:00)
Bəzi rayonların qaz təchizatında məhdudiyyətlər olacaq.
Sabah 2 rayonun 8 kəndində qaz olmayacaq

Azərbaycan, Bakı, 26 may /Trend/

Bəzi rayonların qaz təchizatında məhdudiyyətlər olacaq.

Trend SOCAR-ın saytına istinadən məlumat verir ki, mayın 27-də saat 10:00-dan 18:00-dək "Qaz İxrac" İdarəsinin Hacıqabul Magistral qaz kəmərləri sahəsinin "Atbulaq", Ağdaş Magistral qaz kəmərləri sahəsinin "Goranboy" və "Zaqatala", Ağdam Magistral qaz kəmərləri sahəsinin "Ağcabədi", Siyəzən Magistral qaz kəmərləri sahəsinin "Xızı", Astara Magistral qaz kəmərləri sahəsinin "Avrora" Qazpaylama stansiyalarında, eləcə də bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.

Təmir müddətində Hacıqabul rayonunun Atbulaq, Lənkəran rayonunun Gərmətük, Aşağı Nüvədi, Bürcəli, Mamusta, Viyən, Kənarmeşə və Şürük kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq.

Aparılan işlərin Ağcabədi, Bərdə, Naftalan, Goranboy və Xızı rayonlarının bəzi hissələrinin qaz təchizatına təsir göstərməsi də mümkündür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti