...

Azərbaycan "Cənub Qaz Dəhlizi" Məşvərət Şurasının II iclasının bu il keçirilməsini təklif edib

Energetika Materials 13 İyul 2015 19:09 (UTC +04:00)
ABŞ Dövlət Departamentinin beynəlxalq enerji məsələləri üzrə xüsusi elçisi və əlaqələndiricisi Amos Hokstaynın başçılıq etdiyi nümayəndə heyəti Azərbaycanın Energetika Nazirliyində olub.
Azərbaycan "Cənub Qaz Dəhlizi" Məşvərət Şurasının II iclasının bu il keçirilməsini təklif edib

Azərbaycan, Bakı, 13 iyul /Trend, müxbir Maksim Tsurkov/

ABŞ Dövlət Departamentinin beynəlxalq enerji məsələləri üzrə xüsusi elçisi və əlaqələndiricisi Amos Hokstaynın başçılıq etdiyi nümayəndə heyəti Azərbaycanın Energetika Nazirliyində olub.

Trend-in nazirliyin saytına istinadən verdiyi məlumata görə, görüşdə Azərbaycanla Birləşmiş Ştatlar arasında ikitərəfli əlaqələrin, o cümlədən enerji sahəsində əməkdaşlıq əlaqələrinin mövcud vəziyyəti və perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Ölkələrimiz arasında enerji əməkdaşlığının yüksək səviyyədə olduğu qeyd edilib və bu sahədə əlaqələrin davam etdirilməsinin vacibliyi vurğulanıb. Energetika naziri Natiq Əliyev "Cənub Qaz Dəhlizi" layihəsinin enerji təhlükəsizliyi baxımından yüksək perspektivlərindən bəhs edərək, qonaqlara Transanadolu qaz boru kəməri - TANAP layihəsi çərçivəsində görülən işlər barədə məlumat verib.

A.Hokstayn isə bildirib ki, "Cənub Qaz Dəhlizi" layihəsi Avropanın enerji təhlükəsizliyinə təminat verən layihədir və ABŞ Azərbaycanın strateji tərəfdaşı kimi gələcək layihələrə də dəstək verəcək. "Cənub Qaz Dəhlizi"nin reallaşdırılması istiqamətində işlərin gedişatını müzakirə etmək məqsədilə Azərbaycan tərəfindən ilin sonunda layihə üzrə Məşvərət Şurasının ikinci iclasının keçirilməsi təklif edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti