...

Neft Emalı Zavodundan tullantılar belə daşınır

Energetika Materials 15 İyul 2015 16:45 (UTC +04:00)
Heydər Əliyev adına Neft Emalı Zavodunda sağlam ekoloji mühitin yaradılması məqsədilə mühüm tədbirlər həyata keçirilir.
Neft Emalı Zavodundan tullantılar belə daşınır

Azərbaycan, Bakı, 15 iyul /Trend/

Heydər Əliyev adına Neft Emalı Zavodunda sağlam ekoloji mühitin yaradılması məqsədilə mühüm tədbirlər həyata keçirilir. İstehsalat fəaliyyəti nəticəsində yaranan zərərli maddələrin utilizasiyasına ciddi nəzarət edilir.

Trend SOCAR-ın saytına istinadən məlumat verir ki, istehsalat sahələrində olan bütün növ tullantılarla əlaqədar risklər təyin edilərək nəzarətdə saxlanılır. SOCAR-ın Ekologiya idarəsi ilə zavod arasında baglanmış müqavilə əsasında tullantılar "Tullantı Mərkəzi"nə çatdırılır. Cari ilin 6 ayı ərzində 10,908 tonluq tullantı Qaradağ "Tullantı Mərkəzi"nə təhvil verilib. İstehsalatda formalaşan tullantılar zavodun ərazilərində xüsusi ayrılmış konteynerlərdə saxlanılır. Təyinatı rəng koduna uyğun olaraq Azərbaycan və ingilis dillərində yazılan 150 konteyner ərazinin müxtəlif yerlərinə qoyulub.

Təkrar emalı mümkün olmayan məişət tullantıları, plastik, şüşə və taxta tullantılar, yağlı tullantılar xüsusi qablara yığılır və müəssisə ərazisində müvəqqəti saxlanılır, sonra isə ərazidən kənarlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti