...

SOCAR quru yatağında geoloji kəşfiyyat işlərini başa çatdırıb

Energetika Materials 22 Oktyabr 2015 19:21 (UTC +04:00)
“Zərdab-Şıxbağı-Qışlaq” sahəsində çöl işləri başa çatdırılıb.
SOCAR quru yatağında geoloji kəşfiyyat işlərini başa çatdırıb

Azərbaycan, Bakı, 22 oktyabr /Trend, müxbir Maksim Tsurkov/

Geofizika və Geologiya İdarəsinin "Kəşfiyyatgeofizika" İstehsalat Bölümü "Azneft" İstehsalat Birliyinin sifarişi əsasında Yevlax-Ağcabədi çökəkliyi neftli-qazlı rayonunun "Zərdab-Şıxbağı-Qışlaq" sahəsində çöl işlərini başa çatdırıb.

Trend SOCAR-ın saytına istinadən məlumat verir ki, sahənin geoloji quruluşunun dəqiqləşdirilməsi və karbohidrogenlərin yayılma arealının müəyyənləşdirilməsi, zonanın neft-qazlılıq perspektivliyinin öyrənilməsi məqsədilə 178 kvadrat kilometrlik 3D seysmik kəşfiyyat, 345 kilometrlik qravimetrik, 345 kilometrlik isə maqnitometrik işlər yerinə yetirilib.

Çöl işləri zamanı əldə edilmiş materiallar hazırda emal və interpretasiya mərhələsindədir. Yeni məlumatlar axtarış-qazma işlərinin düzgün istiqamətləndirilməsinə şərait yaradacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti