...

SOCAR yeni dəniz özülünü yaxın vaxtlarda istismara verəcək

Energetika Materials 11 Noyabr 2015 16:00 (UTC +04:00)
"Neftqaztikinti” Tresti tərəfindən “Azneft” İstehsalat Birliyinin sifarişi ilə “Neftqazelmitədqiqatlayihə” İnstitutunun layihəsi əsasında “Neft Daşları” yatağında quraşdırılması nəzərdə tutulan yeni 602A nömrəli stasionar dəniz özülünün inşası başa çatmaq üzrədir.
SOCAR yeni dəniz özülünü yaxın vaxtlarda istismara verəcək

Azərbaycan, Bakı, 11 noyabr /Trend, müxbir Maksim Tsurkov/

"Neftqaztikinti" Tresti tərəfindən "Azneft" İstehsalat Birliyinin sifarişi ilə "Neftqazelmitədqiqatlayihə" İnstitutunun layihəsi əsasında "Neft Daşları" yatağında quraşdırılması nəzərdə tutulan yeni 602A nömrəli stasionar dəniz özülünün inşası başa çatmaq üzrədir.

Trend-in SOCAR-ın saytına istinadən verdiyi məlumata görə, 14 istismar quyusunun qazılması üçün nəzərdə tutulan özülün dayaq blokları, aralıq seksiyaları, minik və yanalma meydançaları, piyada körpüləri, qülləaltı postamentlər, eləcə də özülüstü metal-konstruksiyalar və 14 ədəd quyu istiqamətləndiricisi quraşdırılıb.

Hazırda yaşayış blokunun alt konstruksiyasının inşası uğurla davam etdirilir. Noyabr ayının sonunda özülün istismara verilməsi nəzərdə tutulur.

Qeyd edək ki, 602A nömrəli özüldən qazılacaq quyuların hər birindən sutkada 10 ton neft hasil olunacağı gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti