...

8 ayda “Xaçmaz” ES-də 150 milyon kilovatsaata yaxın enerji istehsal edilib

Energetika Materials 28 Sentyabr 2016 20:22 (UTC +04:00)
“Xaçmaz” Elektrik Stansiyasında avqust ayında elektrik enerjisinin istehsalı 23,9 milyon kilovatsaatdan artıq olub.
8 ayda “Xaçmaz” ES-də 150 milyon kilovatsaata yaxın enerji istehsal edilib

Bakı. Trend:

“Xaçmaz” Elektrik Stansiyasında avqust ayında elektrik enerjisinin istehsalı 23,9 milyon kilovatsaatdan artıq olub.

“Azərenerji” ASC-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, 2016-cı ilin 8 ayı ərzində isə burada 149,7 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehsal edilib.

2016-cı ilin son üç ayı ərzində “Xaçmaz” ES-də olan porşen tipli aqreqatlarda istismar həddinə uyğun ­aparılan texniki qulluq işləri zamanı soyutma və yağlama sistemlərində yaranan qüsurlar aradan qaldırııb. Eyni zamanda müəyyən modifikasiya işləri də aparılıb və bir aqreqatda yağ yenisi ilə əvəz edilib. Aqreqatlarda yüksək faydalılığı təmin etmək üçün hava filtirləri yuyulub. Hazırda stansiya dispetçer qrafikinə uyğun olaraq fəaliyyət göstərir.

10 aqreqatdan ibarət, ümumi gücü 87 MVt olan bu elektrik stansiyası 2006-cı ildə istismara verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti