...

“Neft Daşları”nda quyu istismara verilib

Energetika Materials 26 Dekabr 2016 16:34 (UTC +04:00)
“Neft Daşları” yatağındakı 2646 nömrəli quyu əsaslı təmirdən sonra istismara verilib.
“Neft Daşları”nda quyu istismara verilib

Bakı. Trend:

“Neft Daşları” yatağındakı 2646 nömrəli quyu əsaslı təmirdən sonra istismara verilib.

Trend SOCAR-ın saytına istinadən xəbər verir ki, quyu Qirməki Altı Lay Dəstəsindən qazlift üsulu ilə məhsul verib, 1010-1005 metr intervaldan sutkalıq 12 ton neft hasilatı ilə istismar fonduna qəbul edilib.

Quyuda istismar işləri “Azneft” İstehsalat Birliyinin “Neft Daşları” Neft və Qazçıxarma İdarəsi tərəfindən həyata keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti