...

Rövnəq Abdullayev: 2023-cü ilədək SOCAR Türkiyədə ikinci neft-kimya layihəsini reallaşdırmağı planlaşdırır

Energetika Materials 20 İyul 2017 15:04 (UTC +04:00)
2023-cü ilədək SOCAR Türkiyədə dəyəri 3 milyard dollar olan ikinci neft-kimya layihəsini reallaşdırmağı planlaşdırır.
Rövnəq Abdullayev: 2023-cü ilədək SOCAR Türkiyədə ikinci neft-kimya layihəsini reallaşdırmağı planlaşdırır

Bakı. Azad Həsənli - Trend:

2023-cü ilədək SOCAR Türkiyədə dəyəri 3 milyard dollar olan ikinci neft-kimya layihəsini reallaşdırmağı planlaşdırır.

Trend-in məlumatına görə, bunu SOCAR-ın prezidenti Rövnəq Abdullayev "Anadolu" agentliyinə müsahibəsində deyib.

O qeyd edib ki, bu layihəyə "Star" Neft Emalı Zavodunun tikintisinin yekunlaşmasından sonra başlamaq nəzərdə tutulur:

"Bu gün SOCAR-ın Türkiyədəki investisiyaları təqribən 19,5 milyard dollara çatıb, onların bir qismi "Star" NEZ-ə yatırılıb".

R.Abdullayev əlavə edib ki, tikinti işləri artıq 90 faiz başa çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti