...

"Neft Daşları"nda yeni quyu istismara verilib

Energetika Materials 28 Avqust 2017 12:21 (UTC +04:00)
“Neft Daşları” yatağındakı 602A nömrəli stasionar dəniz özülündən 2665 nömrəli quyu qazmadan sonra istismara verilib.
"Neft Daşları"nda yeni quyu istismara verilib

Bakı. Trend:

“Neft Daşları” yatağındakı 602A nömrəli stasionar dəniz özülündən 2665 nömrəli quyu qazmadan sonra istismara verilib.

Trend SOCAR-a istinadən məlumat verir ki, Kompleks Qazma İşləri Tresti tərəfindən qirməki lay dəstəsinə qazılan quyu qazlift üsulu ilə məhsul verib, 1375-1356 metr intervaldan sutkalıq 8 ton neft hasilatı ilə istismar fonduna qəbul edilib.

Qeyd edək ki, quyu “Azneft” İstehsalat Birliyinin “Neft Daşları” Neft və Qazçıxarma İdarəsinin sifarişi ilə qazılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti