Bakı. Maksim Tsurkov - Trend:
Azərbaycan Dövlət Neft Şirkətinin metanol zavodu bu ilin əvvəlindən 186 min ton metanol istehsal edib.
Bu barədə “Trend” “SOCAR Methanol” MMC-yə istinadən məlumat verir.
Məlumatda qeyd olunur ki, istehsalat planı 75 faiz yerinə yetirilib.
İstehsal olunan məhsulun 90 faizi ixrac edilib.
Qeyd edək ki, metanol zavodunun illik istehsal gücü 720 min tondur.