Bakı. Maksim Tsurkov - Trend:
BP şirkəti Abşeronun dayaz sularında yerləşən perspektiv strukturlarında ilk quyunun qazılmasına 2019-cu ilin əvvəlində başlamağı planlaşdırır.
Trend-in məlumatına görə, bunu BP-nin Azərbaycan, Gürcüstan və Türkiyədə xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli deyib.
O qeyd edib ki, şirkət müqavilə sahələrində qazma işlərinin başlaması üçün hazırlıqları davam etdirir:
“Üç quyunun qazılması üçün məkanlar seçilib. Onlar müqavilə sahələrinin müxtəlif zonalarında yerləşəcək. Bu struktur yaxşı perspektiv ehtiyatlara malikdir. Qazma işlərinə böyük ehtimalla 2019-cu ilin əvvəlində başlayacağıq”.