...

Azərbaycanın təbii qaz ixracı 2 dəfəyədək artıb

Energetika Materials 2 İyul 2019 23:00 (UTC +04:00)
2019-cu ilin yanvar-may aylarında Azərbaycan 4,9 milyard kubmetr qaz ixrac edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 1,8 dəfə çoxdur
Azərbaycanın təbii qaz ixracı 2 dəfəyədək artıb

Trend-i buradan izləyin

Bakı. Trend:

2019-cu ilin yanvar-may aylarında Azərbaycan 4,9 milyard kubmetr qaz ixrac edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 1,8 dəfə çoxdur.

Bu barədə Trend Dövlət Gömrük Komitəsinə istinadən məlumat verir.

Hesabata əsasən, ixrac 871,6 milyon dollar təşkil edib (1,7 dəfə artım).

Ötən il ölkə 1,5 milyard manat dəyərində 7,9 milyard kubmetr qaz ixrac edib.

Yanvar-may aylarında Azərbaycandan pul ixracı 8,6 milyard dollar təşkil edib ki, bu da ötən ilin eyni dövründəkindən 14,4 faiz çoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti