...

"ExxonMobil" AÇG-dakı hissələrini sata bilər

Energetika Materials 20 May 2020 09:22 (UTC +04:00)

Bakı. Trend:

ABŞ-ın "ExxonMobil" neft şirkəti Azəri-Çıraq-Günəşli (AÇG) yatağındakı öz hissələrini sata bilər.

Trend-in məlumatına görə, bu barədə "Reuters" agentliyinə şirkətin nümayəndəsi Culi Kinq deyib.

C.Kinq bildirib: "ExxonMobil" Azərbaycanda fəaliyyət göstərməyən istehsal aktivlərinə bazar marağını yoxlayır. Başqa şirkətlər aktivlərdə daha çox dəyər görsələr, biz onları satacağıq".

Agentliyin bank sektorundakı mənbələri bildiriblər ki, mümkün sözləşmə Asiyanın böyük neft və qaz şirkətlərində maraq doğurub.

Qeyd edək ki, AÇG blokunun işlənməsi üçün müqavilə 1994-cü ildə imzalanıb. 14 sentyabr 2017-ci ildə Bakıda AÇG blokunun 2050-ci ilə qədər işlənməsi ilə bağlı yeni müqavilə imzalanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti