...

Azərbaycanda elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrinin istifadəsi haqqında qanun razılaşdırılır

Energetika Materials 15 Noyabr 2020 13:39 (UTC +04:00)
Azərbaycanda elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrinin istifadəsi haqqında qanun razılaşdırılır

Bakı. Fidan Babayeva - Trend:

Azərbaycanda artıq “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrinin istifadəsi haqqında” qanun layihəsi hazırlanıb və bugünkü gün razılaşdırma prosesi davam edir.

Bunu Trend-ə Energetika Nazirliyinin mətbuat katibi Cahid Mikayılov deyib.

Onun sözlərinə görə, bərpa olunan enerji mənbələrindən istifadənin genişlənməsi, enerji sisteminin səmərəliliyinin artırılması və liberal bazar modelinə keçid Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında keçirilən islahatlar prosesinin məqsədləridir.

Mətbuat katibi bildirib ki, bu tapşırığın icra olunması üçün Energetika Nazirliyi bir neçə istiqamət üzrə məqsədyönlü iş aparır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti