...

"Star" neft emalı zavodunda aviayanacaq istehsalının tam bərpası pandemiya ilə bağlı vəziyyətdən asılıdır

Energetika Materials 25 Dekabr 2020 16:28 (UTC +04:00)
"Star" neft emalı zavodunda aviayanacaq istehsalının tam bərpası pandemiya ilə bağlı vəziyyətdən asılıdır

Bakı. Ləman Zeynalova - Trend:

"Star" neft emalı zavodunda aviayanacaq istehsalının tam bərpası pandemiya ilə bağlı vəziyyətdən asılıdır.

Trend-in məlumatına görə, bunu "SOCAR Turkey" şirkətinin neft emalı və neft-kimya üzrə biznes bölməsinin rəhbəri Anar Məmmədov mətbuat konfransında deyib.

O bildirib ki, pandemiya ilə əlaqədar aviayanacağa tələbatın azalmasına görə, "Star" neft emalı zavodunda bu məhsulun istehsalı kəskin azalıb:

"Bununla belə, ümumi istehsal həcmi azalmayıb. Biz aviayanacaq istehsalını dizellə əvəz etdik. Kommersiya baxımından bu, mənfi fəsadlara gətirib çıxarmadı. Biz Türkiyə bazarında dizelə tələbatın 7 faiz azaldığını müşahidə etdik, amma bazar o qədər böyüyüb ki, biz bu azalmanı hiss etmədik. Bu gün zavodda kiçik həcmdə də olsa, aviayanacaq istehsal olunur. Aviayanacaq istehsalının tam bərpası pandemiya ilə bağlı vəziyyətdən asılıdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti