Bakı. Ləman Zeynalova, tərcümə Orxan Nəbiyev - Trend:
Türkiyənin "BOTAŞ International Limited" (BIL) şirkəti bu günədək Ceyhan neft terminalından 3,575 milyard barel neft nəql edib.
Trend bu barədə şirkətə istinadən məlumat verir.
Bu günədək terminaldan "Azəri-Çıraq-Günəşli" (AÇG) yatağından neft daşıyan 4 665 tanker yola salınıb.
2021-ci ilin əvvəlindən Ceyhan neft terminalından 6 AÇG nefti daşıyan tanker və ya 4,8 milyon barelə yaxın neft yola salınıb.