Azərbaycandan Türkiyəyə qaz tədarükü 19 faiz artıb

Bakı. Ləman Zeynalova, tərcümə Orxan Nəbiyev - Trend:
2020-ci ilin dekabrında Azərbaycandan Türkiyəyə təbii qaz ixracı 2019-cu ilin eyni dövrü ilə müqayisədə 18,9 faiz artıb.
Trend bu barədə Türkiyənin Enerji Bazarlarının Tənzimlənməsi İdarəsinə (EPDK) istinadən məlumat verir.
Hesabat dövründə Rusiyadan Türkiyəyə qaz ixracı 2,948 milyard, Azərbaycandan 1,102 milyard, İrandan 818 milyon kubmetr təşkil edib.
Noyabrda Rusiyadan Türkiyəyə qaz ixracı 56,4 faiz artıb, İrandan 4 faiz azalıb.
2020-ci ilin noyabrında Türkiyə 4,869 milyard kubmetr təbii qazı boru kəmərləri ilə idxal edib, 1,39 milyard kubmetr qaz isə mayeləşdirilmiş təbii qaz qismində alınıb.
Xəbər lenti
Prezident İlham Əliyev: Qaçaqmalçılıqla Rusiyadan Ermənistana külli miqdarda silahlar göndərilmişdir
Prezident İlham Əliyev: Biz Zəngəzur dəhlizini icra edəcəyik, Ermənistan bunu istəsə də, istəməsə də