...

STAR neft emalı zavodu xam neft idxalını azaldıb

Energetika Materials 31 Mart 2021 18:23 (UTC +04:00)
STAR neft emalı zavodu xam neft idxalını azaldıb

Bakı. Ləman Zeynalova - Trend:

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki STAR neft emalı zavoduna 2021-ci ilin yanvarında 695 749 ton xam neft idxal olunub. 2020-ci ilin eyni dövründə zavod 882 195 ton neft idxal etmişdi.

Trend bu barədə Enerji Bazarının Tənzimlənməsi Təşkilatına (EPDK) istinadən məlumat verir.

Hesabatda qeyd olunur ki, STAR yanvarda 64 702 ton dizel yanacağı ixrac edib. 2020-cu ilin yanvarında bu rəqəm 92 842 ton təşkil etmişdi.

Yanvar zavod 492 600 ton dizel yanacağı, 8 734 ton aviakerosin, 16 504 ton mayeləşdirilmiş neft qazı, 142 160 ton nafta, 56 279 ton neft koksu, 104 343 ton keçid məhsulu və 56 132 ton digər məhsul istehsal edib.

Qeyd edək ki, STAR neft emalı zavodunun açılışı 2018-ci il oktyabrın 19-da baş tutub. Zavodun istehsal gücü ildə 10 milyon ton təşkil edir.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti