...

STAR neft emalı zavodu xam neft idxalını azaldıb

Energetika Materials 30 Aprel 2021 11:44 (UTC +04:00)

Bakı. Ləman Zeynalova - Trend:

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki STAR neft emalı zavoduna 2021-ci ilin fevralında 629 147 ton xam neft idxal olunub. 2020-ci ilin eyni dövründə zavod 778 500 ton neft idxal etmişdi.

Trend bu barədə Enerji Bazarının Tənzimlənməsi Təşkilatına (EPDK) istinadən məlumat verir.

Hesabatda qeyd olunur ki, STAR fevralda 163 507 ton dizel yanacağı ixrac edib. 2020-ci ilin fevralında bu rəqəm 131 876 ton təşkil etmişdi.

Fevral ayında zavod 342 485 ton dizel yanacağı, 2 819 ton aviakerosin, 13 662 ton mayeləşdirilmiş neft qazı, 96 437 ton nafta, 54 486 ton neft koksu, 144 342 ton keçid məhsulu, 154 409 ton ağır vakuum qazoylu, 7 177 qaz və 59 186 ton digər məhsul istehsal edib.

Qeyd edək ki, STAR neft emalı zavodunun açılışı 2018-ci il oktyabrın 19-da baş tutub. Zavodun istehsal gücü ildə 10 milyon ton təşkil edir.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti