...

STAR və "Petkim" Türkiyənin 500 ən iri sənaye müəssisəsi arasında yer alıb

Energetika Materials 27 May 2021 13:37 (UTC +04:00)
STAR və "Petkim" Türkiyənin 500 ən iri sənaye müəssisəsi arasında yer alıb

Bakı. Ləman Zeynalova - Trend:

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki STAR neft emalı zavodu Türkiyədə 500 iri sənaye müəssisəsi siyahısında altıncı olub.

Trend bu barədə İstanbul Sənaye Palatasının hesabatına istinadən məlumat verir.

SOCAR-ın Türkiyədəki digər müəssisəsi, "Petkim" neft-kimya kompleksi 23-cü yerdə qərarlaşıb.

Qeyd olunur ki, 2020-ci ildə STAR zavodunun satış həcmləri 2,8 milyard dollar, "Petkim"in satışları isə 1,03 milyard dollar təşkil edib.

Bundan əvvəl, Egey bölgəsinin Sənaye Palatası STAR və "Petkim" regionun 100 iri sənaye müəssisəsi siyahısına daxil etmişdi. STAR siyahıda birinci, "Petkim" isə üçüncü olmuşdu.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti