...

"Petkim"in STAR zavodundakı payı üzrə ödəniş müddəti uzadılıb

Energetika Materials 28 İyun 2021 13:24 (UTC +04:00)

Bakı. Ləman Zeynalova - Trend:

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki "Petkim" neft-kimya kompleksi STAR neft emalı zavodundakı payı üzrə ödəniş müddətinin uzadıldığını elan edib.

Trend bu barədə Türkiyə KİV-lərinə istinadən məlumat verir.

Qeyd edək ki, "Petkim" 2018-ci ildə "SOCAR Türkiyə" ilə STAR neft emalı zavodunda 18 faizlik payın əldə olunması ilə bağlı saziş imzalayıb və 2021-ci ilin iyununadək üç hissədə 720 milyon dolların ödənilməsinə razılıq verib.

"Petkim" öz açıqlamasında bildirib ki, COVID-19 pandemiyasının fəsadları ilə əlaqədar ödəniş müddəti 2022-ci il yanvarın 3-dək uzadılıb.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti