...

STAR zavodu xam neft idxalını artırıb

Energetika Materials 30 İyun 2021 15:40 (UTC +04:00)
STAR zavodu xam neft idxalını artırıb

Bakı. Ləman Zeynalova - Trend:

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki STAR neft emalı zavoduna 2021-ci ilin aprelində 900 459 ton xam neft idxal olunub. 2020-ci ilin eyni dövründə zavod 891 158 ton neft idxal etmişdi.

Trend bu barədə Enerji Bazarının Tənzimlənməsi Təşkilatına (EPDK) istinadən məlumat verir.

Hesabatda qeyd olunur ki, STAR mart ayında 539 737 ton dizel yanacağı, 16 955 ton aviakerosin, 11 956 ton mayeləşdirilmiş neft qazı, 118 298 ton nafta, 53 738 ton neft koksu, 28 856 ton neft emalı zavodu üçün qeyri-maye qaz, 78 273 ton ağır vakuum qazoylu, 1 103 ton yüksək kükürd tərkibli dizel yanacağı və 107 837 ton digər məhsul istehsal edib.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti