...

TAP İtaliyanın qaz qiymətlərinin artımına qarşı həssaslığını azaldır

Energetika Materials 30 Sentyabr 2021 20:15 (UTC +04:00)
TAP İtaliyanın qaz qiymətlərinin artımına qarşı həssaslığını azaldır

Bakı. Ləman Zeynalova - Trend:

Azərbaycan qazını Avropaya nəql edən Trans-Adriatik boru kəməri (TAP) İtaliyanın mavi yanacaq qiymətlərinin artımına qarşı həssaslığını azaldacaq.

Trend-in məlumatına görə, bunu TAP-ın icraçı direktoru Luka Skyeppati İtalia Enerji Sammitində deyib.

O bildirib ki, 2020-ci ilin sonundan etibarən İtaliyada qaz tələb və təklif arasında disbalansla əlaqədar 330-350 faiz bahalaşıb: "Amma İtaliya TAP daxil olmaqla şaxələndirilmiş mənbələrdə və anbarlarda iri qaz ehtyatları sayəsində yüksək qaz qiymətlərinə qarşı digər Aİ ölkələri ilə müqayisədə daha az həssasdır. Qaz təmiz enerjiyə keçidi dəstəkləməlidir. Biz təmiz enerjiyə keçidi ləngidə biləcək yanaşmalardan uzaq durmalyıq".

Onun sözlərinə görə, bərpa olunan enerji mənbələri sahəsi hələ kifayət qədər inkişaf etməyib və təəssüf ki, dünyada bu günədək çoxlu kömür istifadə olunur: "Bərpa olunan enerji mənbələrinin inkişafına investisiya yatırmaq və təmiz enerjiyə keçid strategiyasını qəbul etmək lazımdır. Biz TAP vasitəsilə qazla qarışdırılmış hidrogen nəqlinin imkanlarını dəyərləndirmək üçün tədqiqatlar aparırıq".

Твиттер: @Lyaman_Zeyn

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti