Bakı. Trend:
"Brent" markalı neftin qiyməti 4 faiz ucuzlaşıb.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, "Brent" markalı neftin aprel fyuçerslərinin qiyməti Londonun "ICE" birjasında saat 20:10 üçun (Bakı vaxtı) 4,06 faiz ucuzlaşaraq 92,42 dollar/barel təşkil edib.
"WTI" markalı neftin qiyməti isə 4,44 faiz azalıb və 91,02 dollar/barelə düşüb.