...

Azərbaycandan Türkiyəyə təbii qaz ixracının həcmi açıqlanıb

Energetika Materials 28 Fevral 2022 16:10 (UTC +04:00)
Azərbaycandan Türkiyəyə təbii qaz ixracının həcmi açıqlanıb

Bakı. Ləman Zeynalova - Trend:

2021-ci ilin dekabrında Azərbaycandan Türkiyəyə təbii qaz ixracı 2020-ci ilin eyni dövrü ilə müqayisədə 32,21 faiz azalıb.

Trend bu barədə Türkiyənin Enerji Bazarının Tənzimlənməsi Təşkilatına (EPDK) istinadən məlumat verir.

Hesabat dövründə Rusiyadan Türkiyəyə qaz ixracı 2,066 milyard, ABŞ-dan 1,053 milyard, Azərbaycandan isə 747,34 milyon kubmetr təşkil edib.

Dekabr ayında Rusiyadan Türkiyəyə qaz ixracı 29,91 faiz azalıb, ABŞ-dan isə 92,64 faiz artıb.

2021-ci ilin dekabrında Türkiyəyə ümumi qaz idxalı ötən ilin dekabrı ilə müqayisədə 1,21 faiz azalaraq 6,184 milyard kubmetr təşkil edib. Türkiyə 3,669 milyard kubmetr təbii qazı boru kəmərləri ilə idxal edib, 2,515 milyard kubmetri isə mayeləşdirilmiş təbii qaz qismində alıb.

Qaz istehlakı isə 2020-ci ilin dekabrı ilə müqayisədə 5,63 faiz artaraq 4,867 milyard kubmetr təşkil edib.

Twitter: @Lyaman_Zeyn

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti