Bakı. Trend:
"Brent" markalı neftin qiyməti 2013-cü ilin avqustundan bəri ilk dəfə olaraq bir barel üçün 116 dollara ötüb.
Trend xəbər verir ki, bu Londonun ICE birjasının göstəricilərində əks olunub.
Belə ki, saat 06:49 üçün (Bakı vaxtı) bu markalı xam neftin 2022-ci ilin may ayında tədarük üçün fyuçers müqaviləsinin qiyməti 1,82% artaraq 116,74 dollar/barel təşkil edib.
Saat 06:54 üçün (Bakı vaxtı) "Brent" markalı neftin qiyməti 3,30% artaraq 116,66 dollar/barelə bərabər olub.
Eyni zamanda, WTI markalı xam neftin may fyuçersləri 2,44% artaraq bir barel üçün 113,30 dollar təşkil edib.